AZ

Gəncləri hərbi xidməyə cəlb etməliyik - Almaniya prezidenti

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkədə hərbi xidmətə çağırışın yenidən tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə ZDF-yə müsahibəsində deyib.

"Mən universal hərbi xidmətin tərəfdarıyam, çünki Avropada dəyişən təhlükəsizlik vəziyyətini, gedən müharibəni və ondan çıxardığımız nəticələri nəzərə alaraq, Bundesver özünü daha yaxşı qorumaq üçün kadrlarla təchiz olunmalıdır", - o bildirib.

Onun sözlərinə görə, buna ancaq daha çox gəncləri hərbi xidmətə cəlb etməklə nail olmaq olar.
Seçilən
7
3
sherg.az

6Mənbələr