AZ

Unutqanlığın gözlənilməz səbəbi məlum olub

Otağa niyə girdiyinizi xatırlamamaq demans və ya digər zehni pozğunluqların əlaməti deyil, tipik beyin funksiyasının nümunəsidir.

E-saglam.az xəbər verir ki, “HealthTest UK” tibbi test təşkilatının mütəxəssisləri HuffPost-a unutqanlığın gözlənilməz səbəbi barədə danışıblar. 

Şirkətin mütəxəssisləri bildiriblər ki, beyin qapı aralıqlarını köhnə hadisənin bitməsi və yenisinin başlanğıcı kimi qəbul edir. Eyni zamanda, əvvəlki məlumatları köhnəlmiş hesab edir, ona görə də ondan xilas olur. Buna görə mütəxəssislər izah edirlər ki, insanlar tez-tez otağa girir və niyə gəldiklərini xatırlamırlar.

Qeyd olunur ki, beynin bu xüsusiyyəti patologiya deyil və tibbdə buna “qapı effekti” deyilir. Araşdırmalara görə, bu təsir yorğunluq və yuxu olmaması ilə gücləndirilə bilər. Bu, beynin enerjiyə qənaət etməsi və yalnız vacib hesab etdiyi məlumatları diqqət mərkəzində saxlaması ilə izah olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
32
e-saglam.az

1Mənbələr