AZ

Böyük Britaniyada təyyarə havaya qalxarkən qəzaya uğradı

İngiltərənin cənub-şərqində (Esseks qraflığı) Sautend hava limanında təyyarə havaya qalxarkən partlayıb.

Oxu.Az bildirir ki, bu barədə “The Independent” məlumat verib.

İlkin məlumata görə, söhbət Niderlandın Lelistad şəhərinə uçmalı olan kiçik “Beechcraft King Air B200” çoxməqsədli təyyarəsindən gedir.

Esseks polisi 12 metrlik təyyarə ilə bağlı insidentdən xəbərdar olduğunu bildirib.

Qeyd olunur ki, təyyarədə neçə nəfərin olduğu hələlik məlum deyil, lakin artıq hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gedib.

Seçilən
36
1
editor.az

1Mənbələr