AZ

İsrail ordusu HƏMAS və “İslami Cihad”ın səhra komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağında HƏMAS və “İslami Cihad” hərəkatlarının bir neçə səhra komandirini məhv etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ordunun yaydığı məlumata görə, zərərsizləşdirilən şəxslər silah istehsalı üçün infrastrukturun bərpasında və HƏMAS-ın hərbi kəşfiyyat bölmələrinin yaradılmasında fəal iştirak ediblər.

IDF qeyd edir ki, bu əməliyyatlar bölgədə HƏMAS-ın hərbi potensialının zəiflədilməsi və gələcək hücumların qarşısının alınması məqsədi daşıyır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr