AZ

“Çelsi” klublararası dünya çempionatının qalibi oldu - Kuboku Tramp təqdim etdi - VİDEO

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.

“Report”un məlumatına görə, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.

Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.

London təmsilçisinin heyətində Koul Palmer iki (22, 30-cu dəqiqə), Joau Pedro (43) bir dəfə fərqlənib.

“Çelsi” tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi seçilib. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.

PSJ isə ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edib. 

“Çelsi”yə kuboku ABŞ Prezidenti Donald Tramp təqdim edib. 

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub. 

Seçilən
25
10
musavat.com

10Mənbələr