İngiltərənin cənub-şərqindəki Esseks şəhərindəki London Sautend hava limanından havaya qalxan təyyarə qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Beech B200 Super King Air" tipli təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb və güclü partlayışla alovlanıb.
Təyyarənin Niderlandın Lelystad şəhərinə havaya qalxdığı bildirilib.
Esseks polisi hadisə ilə bağlı istintaqın davam etdiyini, təyyarədə neçə nəfərin olduğu və ya itki olub-olmadığına dair rəsmi açıqlama verilmədiyini bildirib.