Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in dünən keçirdiyi yoxlama oyununda sıradan çıxıb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə offsideplus.az-a özü açıqlama verib.
28 yaşlı hücumçu bildirib ki, zədəsi gözlənilən qədər ciddi deyil:
"Ağrılarım var, amma həkim bildirdi ki, bağlar yaxşıdır. Ağrımın nə vaxta qədər davam edəcəyi bilinmir.
Amma çox ümid edirik ki, bir neçə günə yaşıl meydanlara qayıdaram, çox çəkməz".