Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanı iyul 13-də kiçik təyyarənin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" hava limanına istinadən məlumat yayıb.
"Bütün uçuşlar ləğv edilib, hadisə araşdırılır", - məlumatda bildirilib.
Qeyd edək ki, “Beechcraft King Air B200” biznes-jeti iyul 13-də günorta saatlarında Sautend hava limanında qəzaya uğrayıb.
Məlumata görə, təyyarə havaya qalxdıqdan dərhal sonra partlayıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir.