Vətəninfo.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
Bu gün Nikol Paşinyan və Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş planlaşdırılır.
Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Vever ilə də görüşəcək.