AZ

85 yaşlı kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, qəza iyulun 12-də qeydə alınıb. Anar Ağayev idarə etdiyi “Chevrolet” markalı maşınla piyada 1940-cı il təvəllüdlü Məhərrəmov Eldar Məmmədəli oğlunu vurub.

Ağır xəsarət alan şəxs iyulun 13-də Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanıb.

"Cebheinfo.az" 

Seçilən
25
3
cebheinfo.az

4Mənbələr