Ulusal.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TRT Kurdi telekanalında Urmiyanın kürd şəhəri kimi təqdim edilməsindən bir gün sonra ciddi addım atıb. Ərdoğan, bu hadisəyə görə TRT-nin Kürd departamentinin direktoru Əhməd Albayrakı vəzifəsindən azad edib.
Qeyd edək ki, “TRT Kurdi”, Urmiyanın guya kürd şəhəri olaraq təqdim edildiyi bir proqram yayımladıqdan sonra, vəziyyət ciddi etirazlara səbəb olub.