AZ

Türkiyə və Qətərdən beynəlxalq humanitar əməkdaşlıq sazişi

BAKI, TurkicWorld

Türkiyə ilə Qətər arasında imzalanmış beynəlxalq saziş Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

TurkicWorld xəbər verir ki, rəsmi sənədə əsasən, 2024-cü il noyabrın 14-də Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Humanitar Yardım sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin bu sahədə birgə fəaliyyətini nəzərdə tutur.

Saziş çərçivəsində tərəflər yardıma ehtiyacı olan üçüncü ölkələrdə həyata keçiriləcək humanitar əməliyyatlar üçün maliyyə və texniki dəstək, səhra xəstəxanalarının qurulması, infrastrukturun bərpası və insan resurslarının təmin olunması istiqamətində birgə layihələrin hazırlanması barədə razılığa gəliblər.

Bu saziş Türkiyə və Qətərin beynəlxalq humanitar missiyalarda əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.

Seçilən
79
50
turkic.world

10Mənbələr