AZ

Yeni nəsil işıqforlarda piyada bölmələri istifadəyə verilib

Nizamlanmayan yolayrıcında piyada və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb. 

Məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. 

Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat işıqforları quraşdırılıb.  Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan işıqforlarda piyada bölmələri də istifadəyə verilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
5
xalqqazeti.az

10Mənbələr