AZ

Aİ və Meksika Trampı razı salmağa çalışırlar

Aİ və Meksika ABŞ-nin 30%-lik rüsum qərarına qarşı çıxaraq danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər…

Avropa Komissiyası və Meksika prezidenti Trampın planlaşdırdığı tariflərin ədalətsiz və təhlükəli olduğunu qeyd ediblər

Poliqon xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Meksika ABŞ Prezidenti Donald Trampın idxala 30%-lik gömrük rüsumları tətbiq etməklə hədələməsini ədalətsiz və qeyri-sabitlik yaradan addım kimi qiymətləndirərək, Vaşinqtonla əhatəli ticarət sazişi üzrə danışıqları davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Tramp ötən şənbə günü 1 avqustdan etibarən Meksika və Aİ-dən idxala 30%-lik tariflər tətbiq ediləcəyini açıqlamışdı. ABŞ-ın bu iki əsas ticarət tərəfdaşı ilə aparılan danışıqlar bir neçə həftə ərzində nəticə verməyib.

Meksika prezidenti Klaudia Şeynbaum cavab olaraq bildirib: “Bu cür vəziyyətlərdə həmişə soyuqqanlı qalmaq və problemi danışıqlar yolu ilə həll etmək vacibdir. ABŞ hökuməti ilə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi bilirik, hansı məsələlərdə yox. Amma bir məsələ müzakirə mövzusu ola bilməz – bu da Meksikanın suverenliyidir.”

Tramp əlavə edib ki, 30%-lik tariflər artıq qüvvədə olan sektor rüsumlarından ayrı tətbiq olunacaq. Yəni, 50%-lik polad və alüminium, eləcə də 25%-lik avtomobil idxalı tarifləri qüvvədə qalacaq.

ABŞ-dan Aİ-yə göndərilən rəsmi məktubda Tramp Avropa gömrük tariflərinin ləğvini tələb edib və bildirib ki, “Avropa İttifaqı ABŞ-a açıq və rüsumdan azad bazar çıxışı təqdim etməlidir ki, mövcud ticarət kəsirini azaldaq.”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə cavab olaraq bildirib ki, Trampın planlaşdırdığı tariflər “iki qitəni birləşdirən əsas təchizat zəncirlərini pozacaq” və həm müəssisələrə, həm istehlakçılara, həm də xəstələrə ciddi ziyan vuracaq.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Aİ danışıqları davam etdirməyə hazırdır, lakin lazım gəldikdə öz maraqlarını qorumaq üçün bütün addımları atacaq, o cümlədən proposional cavab tədbirləri görəcək.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr