AZ

Qazaxda qəza – 4 nəfər xəsarət aldı

Qazax şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hərəkətdə olan “VAZ” markalı avtomobillə digər minik maşını toqquşub.

Qəza nəticəsində 4 nəfər – 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Unikal

Seçilən
15
5
nocomment.az

6Mənbələr