AZ

Parlament yay tətilinə çıxdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Bizim.Media xəbər verir ki, növbədənkənar sessiyasının ilk iclası iyun ayının 3-də keçirilib.
 

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində 7 iclas keçirilib. 45 qanun və qərar, o cümlədən, iki konstitusiya qanunu qəbul olunub.


İki ictimai dinləmə keçirilib.

İclas Azərbaycan dövlət himninin oxunması ilə başa çatıb.

Bununla da Milli Məclis tətilə çıxıb.

Günay Şahmar, Bizim.Media

Seçilən
34
bizim.media

1Mənbələr