Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Operativ Media xəbər verir ki, növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb.