AZ

Paşinyanın Ərdoğanın kitabını qucaqlamasına aparatdan reaksiya

Hakimiyyət bu gün də deyə bilər ki, kim (Qarabağa - red.) qayıtmaq istəyirsə, bunu edə bilər.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Baş naziri aparat rəhbərinin müavini Taron Çaxoyan deyib. 

O, Ermənistan-Azərbaycan danışıqlarında Qarabağ ermənilərinin qaytarılması məsələsinin olub-olmaması ilə bağlı suala belə cavab verib: "Qayıdış nə dərəcədə realdır? Hakimiyyət bu gün də deyə bilər ki, kim qayıtmaq istəyirsə, bunu edə bilər. Lakin hakimiyyət çox yaxşı və aydın şəkildə başa düşür ki, onların bir çox təhlükəsizlik məsələləri var".

Jurnalistlərdən biri Paşinyanın Ərdoğanla yaxşı münasibətdə olduğunu və Ərdoğanın kitabını çox xoş bir şəkildə qucaqladığını deyib. Aparat rəhbərinin müavini həmin sözə belə reaksiya verib: "Baş nazirə görüş zamanı və ya görüşdən sonra hədiyyə veriləndə nə gözləyirdiniz? O, bundan imtina etməli idi?"

Ağarza Elçinoğlu 

Seçilən
8
2
unikal.az

3Mənbələr