AZ

Redon Cica "Qarabağ"la belə vidalaşdı - FOTO

"Qarabağ"dan ayrılaraq Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” komandasına keçən Redon Cica Ağdam təmsilçisi ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. 

"İki il yarımdan sonra vidalaşmaq zamanıdır. Meydanı və paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum kollektivə təşəkkür edirəm. Oynayanda və oynamayanda hər zaman dəstək olan azarkeşlərə də minnətdaram. Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. Təşəkkürlər, "Qarabağ".



Qeyd edək ki, 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol vurub və 5 qolun ötürməsini verib.

Seçilən
29
5
fanat.az

6Mənbələr