Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.
Klubdan "Unikal"a verilən məlumata görə, Tovuz təmsilçisi iyulun 19-da Türkiyə I Liqasında mübarizə aparan “Çorum” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev hazırda “Çorum”da çıxış edir.