AZ

Son 3 ildə 6-cı dəfə ağız açdı: Paşinyan Makronu yenə Ermənistana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Fransa lideri Emmanuel Makronu Ermənistana dəvət edib.

Publika.az xəbər verir ki, Paşinyan bu barədə Fransanın milli bayramı olan Bastiliya Günü münasibətilə müraciətində bildirib. Bu, son üç ildə altıncı dəvətdir.

"Mən sizi bu il Ermənistanda dövlət səfərində qəbul etməyi səbirsizliklə gözləyirəm. Hörmətli cənab prezident, ən yüksək ehtiramımı qəbul edin", - Paşinyan yazıb.

Ermənistanın baş naziri mesajında qeyd edib ki, Ermənistan və Fransa arasında ümumi dəyərlərə və çoxəsrlik dostluğa əsaslanan tarixi əlaqələr iki ölkə arasında dövlətlərarası münasibətlərin inkişafında əsas əhəmiyyət kəsb edir. Paşinyan qeyd edib ki, yüksək səviyyəli sıx siyasi dialoq və səmərəli əməkdaşlıq Makronun “möhkəm qətiyyəti” sayəsində bu gün “strateji tərəfdaşlığa çevrilib”.

“Biz həmçinin dost Fransanın davamlı mühüm dəstəyini və Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olunmasına yönəlmiş şəxsi səylərinizi yüksək qiymətləndiririk”, - Ermənistan baş nazirinin mesajında deyilir.

Seçilən
32
publika.az

1Mənbələr