AZ

Zahid Oruc: “Torpaq amnistiyasının verilməsi məqsəduyğun olar...”

“Daşınmaz əmlakın dövlət reestri haqqında” qanun layihəsi uyğunlaşdırma xarakteri daşısa, çox əhəmiyyətli bir məsələyə həsr olunub. Torpaq mülkiyyəti üzərində hüquqların rəsmiləşdirilməsi məsələsi həmişə ictimai mənafelər, iqtisadi və sahibkarlıq fəaliyyəti, bir sözlə vətəndaşlarımızın sosial hüquqlarının təminatında müstəsna əhəmiyyət kəsb edib. Ulu öndər Heydər Əliyev məhz həmin zərurəti yüksək dəyərləndirərək, ikinci dəfə hakimiyyətə gələrkən verdiyi ilk fərman məhz torpaqların əhaliyə verilməsi, çoxmilyonlu torpaq mülkiyyətçilərinin yaradılması təşkil edirdi. 
 
Ötən dövr ərzində daşınmaz əmlak sahəsində çoxlu qanunlar qəbul olunub. Lakin eyni zamanda, ictimai münasibətlər daim dəyişir, xüsusilə sahibkarlığın genişləndirilməsi və əhalinin gəlirlərinin artırılması sahəsində torpaqların kateqoriyasının dəyişdirilməsi üçün hüquqi prosedurların təkmilləşdirilməsinə zərurət var. İlk növbədə, məhkəmə sistemimizə daxil olan müraciətlərin ölkə miqyasında sayı göstərir ki, vətəndaşlar çox ciddi problemlərlə üzə-üzə qalıb. Nəticədə yerinə yetirməəyn qərarların sayı artır, icrasını gözləyən və beləliklə, vətəndaşların həssas mənafelərinə toxunan bir zəncir formalaşır. 
 
2011-ci ildə möhtərəm cənab prezident İlham Əliyev tərəfindən Bakı şəhəri icra hakimiyyətində keçirilən müşavirə sözügedən sahədə inqilabi dəyişikliklərə səbəb oldu. 114 minə yaxın şəxs məhz yeni əmlak sahiblərinə çevrilərək ölkəmizin iqtisadi rifah siyasətinə töhvə oldu. Ardınca 2023-cü ilin mayın 1-dən qeyri-yaşayış fondlarının hüquqi aktlarla təminatına dair mühüm qanun qəbul olundu. Qısaca həmin sənədin mahiyyəti ondan ibarət idi ki, dövlət vətəndaşlarla yeni səhifədən başlamağı təklif edirdi. Yəni, bir tərəfdən 40 mindən artıq mülkiyyətçiliyinin hüququ tanınır, digər yandan həmin tarixdən sonra torpaq zəbtləri, qanunsuz tikililər və digər infrstruktura kommunikasiya xətlərinin çəkilməsi hüquqi məsuliyyət doğurur, cinayət təqibinə səbəb olurdu. Göründüyü kimi, belə yanaşma əsaslı idi, çünki sadə əhali arasında “əmlak əfvi” adlanan qərar keçmiş illər ərzində yaranan böyük problemi həll etməyə cəhd idi. Digər tərəfdən, yenilərinin yaranmasının qarşısını nəhayət, kəsməyə xidmət edəcəkdi. Əlbəttə, qərarın yerinə yetirilməsinin sürəti haqda müzakirələr aparmaq olar, lakin minlərlə vətəndaşımızın qanuni mıənafelərinin təmin olunması ən böyük sosial siyasət uğurları  sırasındadır. 
 
Lakin digər tərəfdən, bələdiyyələrin ehtiyat fondları, yaxud onların mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin bəlli olmaması, o cümlədən, reestrləşmə sahəsində yer quruluşu layihələri, istifadə növləri, kadastr sənədləri, xüsusilə elektron daşıyıcılarda məlumatların yerlərə köçürülməsi zamanı baş verən kütləvi xətalar ciddi şəkildə dövlət-vətəndaş münasibətlərində problemə yol açıb, məhkəmələrə böyük iş yükü yaradıb və yerinə yetirilməyən çoxsaylı qərarları meydana gətirib. Çıxarış sənədləri ilə reallıq arasında fərqi düzəltmək üçün atılan addımlar vətəndaşlar arasında qarşılıqlı anlaşmalar olmadıqda yeni çəkişmələrə səbəb olur.
 
Təkcə bir rayonda 115 min verilən daşınmaz əmlak aktlarının 80 faizində oxşar problem var. Ona görə də, Əmlak məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox dəstək, səlahiyyət və zəruri  kömək göstərilməli, birgə komissiya yaradılmalıdır ki, mövcud problemi nəhayət, köklü həll etmək mümkün olsun. 
 
Vətəndaşların qanunu hüquqlarının tanınması daşınmaz əmlakı həm kredit resursuna çevirir, milyardlarla manat əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatını aradan qaldırır, hərbi xidmətə oğul verən ailələrin tamhüquqlu vətəndaş kimi özlərini hiss etmələrinə səbəb olur, kriminal hadisələrin qarşısını alır, korrupsiyanın meydanını daraldır.  Ona görə də przedintmizin əvf siyasətini, humanist qərarlarını genişləndirərək, “torpaq amnistisyası”nın verilməsi məqsədəuyğun olar. 
 
100 minlərlə vəətndaşaın daşınmaz əmlak üzərində hüquqlarını reallaşdırmaq işğalın ağır mirasını təkcə Qarabağda deyil, həm də ölkəmizin bütün coğrafiyasında aradan qaldırar. Yəni, qanunsuz zəbtlərin durdulması, nəhayət, tam ləğvi üçün zəruri hüquqi baza Azərbaycan dövlətinin yeni mərhələdə siyasətində ən mühüm milli akta çevrilər.
 
Zahid Oruc, millət vəkili
Seçilən
15
10
moderator.az

10Mənbələr