Klublararası dünya çempionatının ən yaxşı futbolçuları müəyyənləşib.
Msport.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu adına “Çelsi”nin futbolçusu Kol Palmer layiq görülüb.
O, final matçında PSJ-nin qapısına 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 23 yaşlı yarımmüdafiəçi yarışda ümumilikdə 3 qol və 2 məsuldar ötürmə ilə yadda qalıb.
PSJ-dən Desire Duai çempionatın ən yaxşı gənc oyunçusu seçilib. 20 yaşlı cinah oyunçusu 7 matçda 1 qol vurub.
“Çelsi”nin futbolçusu Robert Sançes turnirin ən yaxşı qapıçısı olub. 27 yaşlı ispaniyalı 6 oyuna çıxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, turnirin qalibi adını “Çelsi” qazanıb.