“Səbail”dən ayrılan İlkin Muradovun yeni komandası bəlli olub.
Moderator.az xəbər verir ki, o, Qırğızıstanın “Abdış-Ata” klubuna keçib. 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin sabiq futbolçusu Mirabdulla Abbasov da “Abdış-Ata”ya transfer olunub.