Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Baş vermiş yanğın nəticəsində həmin bazarda taxta satışı ilə məşğul olan sahibkarlara zərər dəyib.
Sahibkarlar "Xəzər Xəbər"ə bildiriblər ki, yanğın nəticəsində onlar külli miqdarda ziyana düşüblər.
Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından Mühafizə xidmətinin əməkdaşları tərəfindən tam söndürülüb.
Xezerxeber.az bəzi sahibkarların açıqlamalarını təqdim edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.