AZ

Rəşad Mahmudov: “O gün başlayan yol bizi bu günkü Azərbaycana gətirdi”

Yazını böyüt
Yazını kiçilt

“Tarixin bəzi günləri var ki, onlar sadəcə təqvimdə bir rəqəm deyil, xalqın taleyində dönüş nöqtəsi, gələcəyə açılan ümid qapısıdır. 14 iyul 1969-cu il məhz belə bir gündür. 14 iyul 1969-cu il bir başlanğıc idi. O başlanğıc bizi bugünkü azad, güclü və müzəffər dövlətə gətirdi. Bu miras bizim əmanətimizdir. Biz onu qorumalı, inkişaf etdirməli və gələcək nəsillərə daha da gücləndirərək təhvil verməliyik”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisisn bugünkü iclasında deputat Rəşad Mahmudov deyib.

Qeyd edib ki, həmin gün sadəcə bir vəzifə dəyişikliyi deyildi, o gün xalqla dövlət arasında etimad körpüsünün təməli atıldı. Azərbaycanın gələcək taleyini dəyişdirəcək uzaqgörən, millətinə bağlı bir lider məsuliyyəti öz üzərinə götürdü:

“O dövrdə Azərbaycanın sosial-iqtisadi gerilikdən inkişaf yoluna çıxması, təhsildə, mədəniyyətdə, sənayedə yeni mərhələnin başlanması yalnız idarəçilik deyil, vizyon və strateji məsuliyyət nümunəsi idi. Bu yanaşma bizə bir həqiqəti xatırladır: liderlik yalnız vəzifə deyil, millətin ruhuna bələd olmaq, onun gələcəyini öz övladının gələcəyi kimi görməkdir. Fəlsəfi baxışla yanaşsaq, xalqla liderin qəlb bağının gücü zamanın axarını belə, dəyişə bilir. Məhz bu bağ sayəsində o gün başlayan yol bizi bu günkü müstəqil, güclü və öz sözünü deyən Azərbaycana gətirdi. Bu siyasi kurs bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, milli maraqlara əsaslanaraq davam etdirilir”.

R.Mahmudov Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun ulu öndərin qoyduğu strateji təməlin əsası ilə inkişaf etdiyini önə çəkib. Bildirib ki, son günlərdə ölkəmizin Suriyanın keçici prezidentini rəsmi səviyyədə qəbul etməsi, bu qlobal siyasətin real təzahürüdür:

“Bu səfər çərçivəsində imzalanan razılaşmalar təkcə diplomatik münasibətlərin dərinləşməsi deyil, həm də Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlıq mərkəzinə çevrildiyinin sübutudur. Azərbaycan bu gün artıq yalnız öz coğrafiyası ilə məhdudlaşmayan, beynəlxalq sülhə və insani dəyərlərə töhfə verən bir ölkədir. Bu mənzərə bizə bir daha göstərir ki, güc sadəcə hərbi və iqtisadi göstəricilərdə deyil, güc xalqın birliyində, liderin vizyonunda, dövlətin ədalətə və mənəviyyata söykənən yolundadır”.

Seçilən
51
50
hafta.az

10Mənbələr