Rusiya Ukrayna ilə danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirir və tarixlərin təyin olunmasını gözləyir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz hələ də tarixlərlə bağlı təklifləri gözləyirik. Rusiya tərəfi danışıqlara davam etməyə və üçüncü raund keçirməyə hazırdır. Vəziyyətin necə inkişaf etdiyi barədə bunu demək olar”, o qeyd edib.
Birləşmiş Ştatlar emissarının Kiyevə səfərini şərh edən D.Peskov vurğulayıb ki, Kit Kelloqun ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndəsi kimi Ukrayna nizamlanması üçün vasitəçilik səylərini davam etdirməsi Moskva üçün mühümdür.