AZ

“Traktor” daha bir xorvatiyalı futbolçu ilə müqavilə bağladı

Xorvatiyalı yarımmüdafiəçi Tibor Haliloviç “Traktor” futbol komandasına keçib.

Axar.az xəbər verir ki, bu haqda komandanın media hesabında məlumat yayılıb.

Məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Tibor Haliloviç “Traktor”a iki mövsümlük müqavilə ilə qoşulub.

Qeyd edək ki, müdafiə, mərkəz və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynaya bilən 30 yaşlı Haliloviç futbolçu karyerasına Zaqreb “Dinamo”sunun akademiyasında başlayıb və Xorvatiyanın “Lokomotiv”, “Riyeka”, “Dinamo Zaqreb” və “Qoritsa”, Polşanın “Visla Krakov” və Hollandiyanın “Herenven” klublarında çıxış edib.

Seçilən
8
axar.az

1Mənbələr