AZ

Xocalıdan körpə uşaqlarımla çıxmışdım, indi nəvələrimlə qayıdıram - Təzəbinə kənd sakini

Xocalı.Trend:

Xocalıdan çıxanda balaca uşaqlarımla çıxmışdım, indi isə balacanəvələrimlə qayıdıram.

Trend xəbərverir ki, bunu Xocalı rayonun Təzəbinə kənd sakini Gülşən Teymurovayurda köç zamanı deyib.

O, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb:

“Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun.Qazilərimizə şəfa versin. Allah Prezidentimizi qorusun. Şükür bugünə”.

Qeyd edək ki, bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinəkəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 28ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurdunaqovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanınmüxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr