AZ

Rusiyada çimərlikdə 3 nəfəri ildırım vurub öldürdü

Rusiyanın Tula vilayətində çimərlikdə ildırım vurması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, ildırım vurması Oka çayı üzərindəki Şaxtyor pansionatında baş verib.

Çayda insanlar olan zaman ildırım düşüb.

Təcili yardım gələnə kimi 3 nəfər yerindəcə keçinib, qalanları xəstəxanaya yerləşdirilib.

Seçilən
29
5
axar.az

10Mənbələr