
Respublika hərbi prokurorunun müavini Mehdi Hüseynzadə vəzifədən azad edilib.
Reyting.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.
Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt hərbi prokuroru təyin edilib.