AZ

Ərazi müdafiəsi konsepsiyası yenilənir

Milli Məclisin bu gün keçirilən iclasında "Müdafiə haqqında" qanunda ərazi müdafiəsi ilə bağlı dəyişikliklər təsdiqlənib.

Finss.az xəbər verir ki, yeni layihəyə əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən dövlət sərhədinin mühafizəsi və müdafiəsi üzrə ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksinə çevriləcək.

Ərazi müdafiəsi bundan sonra Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, dövlət qurumları, yerli özünüidarə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək.

Təşkilat və idarəetmə qaydaları isə ayrıca "Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə" ilə tənzimlənəcək.

Qanun layihəsi üçüncü oxunuşda səsvermə ilə qəbul edilib.

Seçilən
4
44
fins.az

10Mənbələr