FİFA klublararası dünya çempionatının simvolik komandası açıqlanıb.
Msport.az xəbər verir ki, siyahıda ən çox futbolçu ilə çempion “Çelsi” təmsil olunub.
“11-liy”ə finalçı PSJ, yarımfinalçılar – “Fluminense” ilə “Real”dan, həmçinin 1/4 finalçı “Əl-Hilal”dan da oyunçular daxil edilib.
Qapıçı: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva (“Fluminense”, Braziliya), Mark Kukurelya (“Çelsi”)
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Entso Fernandes (“Çelsi”), Pedru Netu (“Çelsi”)
Hücumçular: Koul Palmer (“Çelsi”), Xon Arias (“Fluminense”), Qonsalo Qarsiya (“Real Madrid”, İspaniya).