AZ

“Başlıbel: yaranışdan işğaladək” kitabı təqdim olunub - FOTO

Bu gün Mətbuat Şurasında araşdırmaçı-jurnalist Elxan Salahovun 1993-cü ildə Kəlbəcərin işğalı zamanı kütləvi qətliama məruz qalmış Başlıbel kəndi ilə bağlı yazdığı “Başlıbel: yaranışdan işğaladək” kitabının tədiqmat mərasimi keçirilib.

APA xəbər verir ki, Elxan Salahov bildirib ki, bu kitabı yazmaq üçün 22 il araşdırma aparıb: “Bu faciəni 22 il ərzində araşdırmışam. 2022-ci ildən etibarən yazmağa başlamışam. Bəzən tək bir fakt üzərində aylarla çalışmışam. Bu kitabda elə cümlələr var ki, üzərində aylarla işləmişəm”.

Bildirilib ki, kitab altı hissədən ibarətdir.

Kitabda kəndin ilkin məskunlaşma zonası kimi formalaşmasından işğala qədərki dövrü əhatə edən məlumatlar toplanıb.

Çıxışçılar deyib ki, "Başlıbel: yaranışdan işğaladək" kitabı maddi və mənəvi baxımdan fundamental bir əsərə çevriləcək, kitab üzərində gələcəkdə tarixçilər tədqiqatlar aparacaq.

Qeyd edilib ki, Başlıbeldə baş verən faciəyə insanlığa qarşı törədilmiş cinayətin bir epizodu kimi yanaşılmalıdır.

Təqdimat mərasimdə "Qanlı Kaha"nın izi ilə Başlıbel faciəsini özündə əks elətdirən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 1993-cü ilin aprelində Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

“Başlıbel: “Başlıbel: “Başlıbel: “Başlıbel: “Başlıbel: “Başlıbel: “Başlıbel:
Seçilən
30
1
apa.az

2Mənbələr