AZ

Paşinyan Fransaya getdi: Makronla görüşəcək - sülh prosesi təhlükədə - VİDEO

Avropa səfərində olan Ermənistan baş naziri Nikol Paşinyan bu gün Fransaya işgüzar səfər edib.

Musavat.com -un təqdim etdiyi videodan da göründüyü kimi, hava limanında o, təyyarədən enərək fransız nümayəndələrlə və Ermənistan səfirliyinin işçiləri ilə görüşür.

Məlumata görə, yaxın saatlarda Fransa prezidenti Emmanuel Makronla da masa arxasına keçəcək.

Amma diqqətçəkən məqam odur ki, Paşinyan adətən "bacısı" Makronla görüşəndə “dəyişir”. Yəni konstruktiv mövqedə, sülh imzalamağa yaxın görünən baş nazir birdən sərtləşir, manevr edir, ziqzaq cızır.

Xatırladaq ki, Əbu-Dabidə keçirilən son Azərbaycan-Ermənistan görüşündə sülh sənədi praktiki olaraq yekunlaşmışdı. İndi isə Paşinyanın Makronla danışması prosesə zərbə vuracaqmı? Çünki Makron dəfələrlə açıq şəkildə ermənipərəst mövqedən çıxış edib və sülh masasını Azərbaycanın maraqlarına uyğun kursdan uzaqlaşdırmağa çalışıb.

Bu baxımdan, Paşinyanın Paris səfəri bölgədə uzun zamandır formalaşan pozitiv sülh atmosferinə təhlükə yarada bilər.

Musavat.com


Seçilən
30
50
musavat.com

10Mənbələr