AZ

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək - Səfir Elman Abdullayev (FOTO)

Paris. Trend:

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyigələcəkdə də davam etdiriləcək.

Trend-inməlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsiElman Abdullayev qurumun Parisdə keçirilən 47-ci sessiyasıçərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxiledilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə açılış nitqindədeyib.

Səfir E.Abdullayev bildirib ki, "İçərişəhər, Qız Qalası vəŞirvanşahlar Saray Kompleksi” Azərbaycanın Ümumdünya İrs Siyahısınadaxil edilmiş ilk tarixi ərazisi kimi xüsusi əhəmiyyət daşıyır.

Səfir 2000-ci ilin dekabr ayında baş tutmuş bu tarixi vəqürurverici hadisənin Azərbaycanın Ümumdünya İrs Komitəsi ilə fəaləməkdaşlığının başlanğıcı olduğunu vurğulayıb.

“Bu tarixi hadisənin 25 illiyini qeyd edərək, keçmişəhörmətimizi ifadə edir, eyni zamanda, gələcək nəsillər üçün mədəniirsimizin qorunmasına və tanıdılmasına sadiqliyimizi bir dahatəsdiqləyirik”, - deyə bildirib.

Səfir E.Abdullayev vurğulayıb ki, 2005-ci ildə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bu unikal irs ərazisininqorunması, yenidən qurulması və müasirləşdirilməsi istiqamətindəyeni mərhələnin əsasını qoyub.

Çıxışı zamanı səfir E.Abdullayev UNESCO-nun Ümumdünya İrsMərkəzi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək,Azərbaycanın sözügedən Mərkəzə dəstəyini qeyd edib və bu dəstəyinbundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
106
50
az.trend.az

10Mənbələr