AZ

QDTİB Azərbaycanın iştirakı ilə nəqliyyat dəhlizləri üzrə prioritetləri müəyyən edib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirən layihələrə prioritet diqqət yetirmək niyyətindədir.

Aznews.az xəbər verir ki, bunu QDTİB-in prezidenti Serhat Köksal bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, iqtisadi əlaqələri gücləndirən və üzv ölkələr arasında ticarət və əməkdaşlığı genişləndirən mühüm ticarət marşrutudur.

S.Köksal, prioritet layihələr arasında Orta Dəhlizlə yanaşı, "Şimal-Cənub" dəhlizini və Böyük İpək Yolunu da qeyd edib.

Bank prezidenti vurğulayıb ki, əlaqələri və logistikanı təkmilləşdirən transsərhəd layihələrin dəstəklənməsi onların mandatına birbaşa uyğundur: "Belə layihələr, adətən, irimiqyaslıdır və dövlət qurumları, beynəlxalq maliyyə tərəfdaşları və özəl sektor arasında mürəkkəb qarşılıqlı əlaqə tələb edir. QDTİB həm maliyyə, həm də institusional iştirak baxımından onlara dəstək olmaqda fəal rol oynamağa hazırdır".

Bank rəhbərinin fikrincə, bu marşrut boyunca nəqliyyat infrastrukturuna investisiyalar regional inkişaf bankı kimi QDTİB üçün əhəmiyyətli imkanlar yaradır.

Seçilən
12
1
aznews.az

2Mənbələr