AZ

Putin sərt biridir, onunla danışmağın mənası yoxdur - Tramp

Rusiya Prezidenti Vladimir Putinlə çox danışıram və ədalətli razılaşmanın nə olduğunu bilir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Mən onunla ədalətli razılaşmanın necə bağlanması barədə çox danışıram. Və mən həmişə dəstəyi asıb deyirəm: “Yaxşı, bu xoş bir telefon danışığı oldu”. Amma sonra Kiyevə və ya başqa bir şəhərə raketlər atılır və öz-özümə deyirəm ki, qəribədir. Bu, 3-4 dəfə baş verəndə isə bu danışıq heç nə ifadə etmir”, - Tramp qeyd edib.

O, Putini sərt biri adlandırıb və deyib ki, çox insanı, o cümlədən əvvəlki prezidentləri aldadıb:

“Sonda danışığın heç bir əhəmiyyəti yoxdur. Əməli addımlara keçmək lazımdır. Nəticələrə keçmək lazımdır”.

Qeyd edək ki, Tramp Rusiyanı 100 faizlik rüsum tətbiqi ilə hədələyib.

Seçilən
77
50
axar.az

10Mənbələr