ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Heftelik.az “Middle East Eye”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – diplomat vurğulayıb.
Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.