YAP Kəlbəcər rayon təşkilatında "Konstitusiya və Suverenlik İli"çərçivəsində "Tərəqqi yolunun başlanğıcı,müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün" mövzusunda tədbir kecirilmişdir.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zabil Abdullayev, Gənclər və İdman sektorunun müdri Musa Mamedov, Ərazi Partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki,müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ən başlıcası isə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zabil Abdullayev, Gənclər və İdman sektorunun müdri Musa Mamedov,Suvarma Sistemləri idarəsinin əməkdaşı Vurğun Ağamalıyev və digər çıxış edənlər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri olduğunu bildirdilər. Bu mənada, Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyduğu diqqətə çatdırıldı.