AZ

Zaur Rzayevin müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayacaq

Xalq artisti Zaur Rzayevin müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq. 

"Unikal" xəbər verir ki, bu barədə deputat, ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkədə yazıb.

"Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir", - deyə R.Mahmudov bildirib.

Seçilən
3
5
unikal.az

3Mənbələr