Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoyub.
Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə İspaniyanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan insanlar olub.
Ən çox təsirə məruz qalan regionlar isə Qalisiya, La Rioja, Asturias və Kantabriya bölgələri olub.
Sözügedən yerlərdə havanın temperaturu 40 dərəcəni ötüb.