“Planeta” İstehsal-Kommersiya Şirkətində operativ vergi nəzarəti (OVN) həyata keçirilib.
Valyuta.az xəbər verir ki, OVN zamanı şirkətin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına tam riayət olunmadığı üzə çıxıb. Bununla bağlı akt tərtib olunub. Akta əsasən sözügedən vegri ödəyicisinə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.
“Planeta” İstehsal-Kommersiya Şirkəti 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur.
Hüseyn