Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda isə hələ də “rus dili və ədəbiyyatı müəllimliyi”, “tərcümə (ərəb dili)”, “bədən tərbiyəsi və idman”, “turizm işinin təşkili” kimi sahələrə yüzlərlə gənc qəbul edilir, lakin bu sahələrin əmək bazarındakı qarşılığı yoxdur:
“Dünya təcrübəsində isə bu yanaşma tam fərqlidir. Almaniyada 2018-ci ildən başlayaraq “Beruf 2030” proqramı əsasında gələcəkdə ləğv olunacaq və ya transformasiyaya uğrayacaq ixtisaslar barədə illik hesabat hazırlanır. Sinqapurda “SkillsFuture” adlı dövlət təşəbbüsü çərçivəsində gənclərə 10 illik perspektivdə yüksək gəlir gətirəcək ixtisaslar barədə xüsusi platforma təqdim olunur və bu ixtisaslar tədris sistemində prioritet elan edilir. Finlandiyada ali məktəblərin qəbul planları illik yox, 3 illik əmək bazarı proqnozları əsasında müəyyən edilir. Bu ölkələrdə artıq “süni intellekt etikası”, “bioinformatika”, “rəqəmsal hüquq”, “ağıllı kənd təsərrüfatı mühəndisliyi”, “metavers platforma dizaynı”, “karbon menecmenti” kimi ixtisaslar mövcuddur və ali məktəblərdə geniş şəkildə tədris olunur”.
Ekspert bildirib ki, əgər ixtisas əmək bazarında yoxdursa, o ali təhsildə də olmamalıdır. Əks halda, təhsil sistemi yalnız formal diplomların “istehsal sexinə” çevriləcək və bu da cəmiyyətin intellektual və iqtisadi potensialını ciddi şəkildə zəiflədəcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təxminən 5 ilə bəzi ixtisasların ləğv olunacağını deyib.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
redaktor.azSubbakalavrlar üçün ayrıca bir müsabiqə mərhələsi təşkil olunsun Ekspertdən TƏKLİF ( 19495397)
-
redaktor.az"Subbakalavrlar üçün ayrıca bir müsabiqə mərhələsi təşkil olunsun" -Ekspertdən TƏKLİF ( 19495319)
-
redaktor.az"Rəqəmsal imtahanlara keçid bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər" - Sona Əliyeva ( 19406044)
-
redaktor.az"Rəqəmsal qiymətləndirməyə keçid üçün nazirlik nə marifləndirmə aparır, nə müəllimlərə təlim keçir" ( 19339000)
-
yenilik.az"Subbakalavrlar olmasa...."- ƏTRAFLI ( 19312057)
-
azpost.info65 yaşına çatan müəllimlərlə bağlı rəsmi açıqlama ( 19310719)
-
hit.azMİQ imtahanları: Bakının keçid balı düşəcək? - AÇIQLAMA ( 19286068)
-
demokrat.azBu ixtisası seçənlər işsiz qala bilər — Ekspertdən XƏBƏRDARLIQ ( 19282465)
-
hurriyyet.az"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - TƏKLİF ( 19277560)
-
gender.az"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - TƏKLİF ( 19277545)