AZ

Rubio: Trampın Ukrayna ilə bağlı prioriteti sülhə danışıqlar yolu ilə nail olmaqdır

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Trampın Ukrayna münaqişəsinin həllində əsas prioriteti danışıqlar yolu ilə davamlı sülhə nail olmaqdır.

APA xəbər verir ki, bu barədə Rubio Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri ilə görüş zamanı bəyan edib.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, görüşdə tərəflər həmçinin Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsi və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələlərini də müzakirə ediblər.

Seçilən
25
apa.az

1Mənbələr