AZ

Xaçmazda "KamAZ" hasara çırpıldı, ölən var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun ərazisindən keçən Gəndob–Yalama avtomobil yolunda qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetməni itirərək daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    25
    3
    bakivaxti.az

    5Mənbələr