Almaniya hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-dan yeni “Patriot” sistemləri alacaq və bununla paralel olaraq Ukraynaya bir neçə “Patriot” batareyası ötürəcək.
Adalet.az xəbər verir ki, bu barədə "The Washington Post" yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.
“Almaniya Ukraynaya ‘Patriot’ hava hücumundan müdafiə batareyaları göndərəcək, çünki bu sistemlərin əvəzinə yeni partiyanı ABŞ-dan alır”, – deyə məlumatda bildirilir.