Bakı. Trend:
Xalq Bank gənclərin maliyyə savadlılığının artırılması və banksektoru ilə yaxından tanış olmaları məqsədilə növbətimaarifləndirici təşəbbüsünü həyata keçirdi. Belə ki, Bankın başofisində Landau məktəbinin 9-11-ci sinif şagirdləri üçün xüsusiekskursiya proqramı təşkil olundu.
Ekskursiya çərçivəsində şagirdlər bank sektorunun fəaliyyəti,müasir bank məhsulları və rəqəmsal bankçılıq həlləri, əməliyyattəhlükəsizliyi barədə maarifləndirici məlumat əldə etdilər və bumövzular ətrafında onları maraqlandıran suallara cavab aldılar.Həmçinin şagirdlər üçün interaktiv sessiyalar və praktikitapşırıqlar vasitəsilə marketinq, reklam və müştəri yönümlü yanaşmakimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eynizamanda, şagirdlərə Bankın filialında müştəri əməliyyatlarınınicrası prosesi əyani olaraq göstərildi.
Xalq Bankın mütəxəssisləri tərəfindən aparılan bu sessiyalargənclərin bank-maliyyə sahəsində ilkin təcrübə qazanmalarına imkanyaratdı. Tədbirin sonunda şagirdlərə iştiraklarına görəsertifikatlar və hədiyyələr təqdim olundu.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internetsəhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosialşəbəkə səhifələrindən əldə etmək olar.