AZ

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb - DİN

Bakı. Trend:

İyulun 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdənbağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.

Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədənborclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Seçilən
336
2
az.trend.az

10Mənbələr