AZ

Trampın 50 günlük susqunluğu: Putin nələr qazandı?

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyindəki qeyri-müəyyənlik və fəaliyyətsizlik Rusiya Prezidenti Vladimir Putinə strateji üstünlük qazandırır.

KONKRET.az xəbər verir ki, The Washington Post yazır:

Trampın 50 gün ərzində konkret addımlar atmaması Kremlə mövqelərini möhkəmləndirmək, Avropaya təzyiqi artırmaq, Çin və Şimali Koreya (KXDR) ilə yaxınlaşmaq üçün zaman qazandırır.

Məqalədə qeyd olunur ki, Tramp Ukrayna siyasətinə dair bəzi yeni parametrlər səsləndirsə də, onun yanaşmasının əsasını yenə də konkret addımlardan uzaq, gurultulu bəyanatlar təşkil edir. Bu isə Rusiyaya vaxt udmaq imkanı verir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr